AGZ şirkəti GEZE GmbH (Almaniya)-nın rəsmi partnyorudur və eyni zamanda Novoferm GmbH (Almaniya) şirkətinin distribyutorudur.

GEZE GmbH 1863-cü ildə Almaniyanın Ştutqard şəhərində təsis edilib. Bu gün GEZE – qapı və pəncərə avtomatlaşdırılması, aksesuarlar, eləcə də təhlükəsizlik sistemlərinin istehsalı üzrə dünya lideridir. Şirkətin inkişafının əsas istiqamətləri aşağıdakılardır:

  1. Avtomatik qapı (sürməli, qatlama, fırlanan avtomatik qapılar)
  2. Geniş istifadə əhatəli və dizayn variantları olan qapı bağlayıcıları
  3. Avtomatik pəncərələr (hidravlik, zəncirvari pəncərə bağlayıcıları)
  4. Ventilyasiya və tüstüsovurma üçün nəzarət sistemi
  5. Təhlükəsizlik sistemi (elektromexanik və elektrik mühərrikli kilidlər, maqnit və həyəcan sistemi və s.)

1955-ci ildə təsis olunmuş Novoferm GmbH şirkəti Avropada sənaye, qaraj qapıları, çərçivələr və operatorların aparıcı sistem tədarükçülərindən biridir. Şəxsi, ticari və sənaye tətbiqetmələri üçün geniş məhsul çeşidi təqdim edir. Novoferm tərəfindən təklif olunan avtomatik qapılar həm yeni bina layihələri üçün, həm də köhnəlmiş qaraj qapılarını əvəz etmək üçün bir alternativdir.